Ermənistanın keçmiş prezidentləri parlamentin 100 illiyi tədbirinə qatılmayıblar

Region
  • 21 sentyabr, 2018
  • 08:19
Ermənistanın keçmiş prezidentləri parlamentin 100 illiyi tədbirinə qatılmayıblar

Bakı. 21 sentyabr. REPORT.AZ/ Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarqsyan ölkə parlamentinin 100 illiyi münasibətilə keçirilən toplantıya qatılmayıblar.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, ölkənin baş naziri Nikol Paşinyan sabiq dövlət başçılarının hər üçünü mərasimə dəvət etsə də, onlar yubiley tədbirinə gəlməyiblər.

Toplantıda Ermənistan parlamentinin sədri Ara Babloyan, prezident Armen Sarkisyan, baş nazir Nikol Paşinyan və dünya ermənilərinin katolikosu II Qaregin çıxış edib.