​Ermənistanın keçmiş baş nazirinin qardaşı səfir vəzifəsindən azad edilib

Region
  • 10 fevral, 2016
  • 09:47
​Ermənistanın keçmiş baş nazirinin qardaşı səfir vəzifəsindən azad edilib

Bakı. 10 fevral. REPORT.AZ/ Ermənistanın keçmiş baş naziri Tiqran Sarkisyanın qardaşı Armen Sarkisyan ölkəsinin Çin, Sinqapur və Monqolustandakı səfiri vəzifəsindən azad edilib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, keçmiş baş nazirinin qardaşının yerinə Ermənistan xarici işlər nazirinin müavini Sergey Manasaryan təyin edilib.