Ermənistanın hakim partiyası sülh müqaviləsinin bu ilin sonuna qədər imzalanacağını gözləyir
Region
- 13 dekabr, 2023
- 08:26
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin sədri, hakim "Mülki Müqavilə" partiyasından olan deputat Sarqis Xandanyan bu ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsinin imzalana biləcəyini söyləyib.
“Report” “Aysor”a istinadən xəbər verir ki, bu barədə o brifinqdə çıxışında deyib.
“Ermənistanın razılaşdığı bütün fundamental məsələlər bir daha təsdiqlənsə və sülh sazişində öz yerini taparsa, sülh müqaviləsinin imzalanması artıq texnika məsələ olacaq”, - o deyib.
S. Xandanyanın sözlərinə görə, sazişin ilin sonunda imzalanacağı istisna edilmir: “Ancaq vəziyyətin praktikada necə olacağını gözləmək lazımdır”.
В Армении заявили о возможности подписания мирного договора с Азербайджаном до конца года
Armenia says peace treaty with Azerbaijan might be signed by year-end
Son xəbərlər
09:48
Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 %-dən çox artırıb
Biznes
09:33
"Mançester Yunayted" "Nottingem Forest"in müdafiəçisi Murillonu yayda transfer etmək istəyir
Futbol
09:20
Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci cüzi azaldıb
Biznes
08:54
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
Digər ölkələr
08:18
Çində yaşayış kompleksində yanğın nəticəsində 14 nəfər ölüb
Digər ölkələr
08:00
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
Daxili siyasət
07:45
Cozef Bayden xərçəng xəstəliyindən müalicəsinin gedişatını açıqlayıb
Digər ölkələr
07:13
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
Digər ölkələr
06:21
Yaponiya 50,4 milyard dollarlıq rekord valyuta intervensiyası keçirib
Digər ölkələr