Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 %-dən çox artırıb
- 09 noyabr, 2026
- 09:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 119,623 milyon ABŞ dolları dəyərində polad idxal edib.
"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 35,2 % çoxdur.
Oktyabr ayında Türkiyə Azərbaycana 16,062 milyon ABŞ dolları dəyərində polad ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 14,1 % çoxdur.
Türkiyənin 10 ayda polad ixracının ümumi dəyəri illik müqayisədə 2,6 % artaraq 14 milyard 081 milyon ABŞ dolları, oktyabrda isə 5,1 % artaraq 1 milyard 353 milyon ABŞ dolları olub.
Türkiyədən ən çox bu məhsulun idxalını Rumıniya 1,103 milyard ABŞ dolları (1 il əvvələ nisbətən 3,2 % az), İtaliya 852 milyon ABŞ dolları (-10,1 %) və Böyük Britanya 798 milyon ABŞ dolları (+60,7 %) dəyərində həyata keçirib.