Ermənistanın Gürcüstana yeni səfiri təyin edilib
Region
- 31 oktyabr, 2017
- 10:28
Ermənistanın Gürcüstandakı yeni səfiri Ruben Sadoyan
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 31 oktyabr. REPORT.AZ/ Ruben Sadoyan Ermənistanın Gürcüstana yeni səfiri təyin edilib.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Serj Sarqsyan fərman imzalayıb.
S.Sarqsyanın digər bir fərmanı ilə Yuri Vardanyan Ermənistanın Gürcüstandakı səfiri vəzifəsindən azad olunub.
Qeyd edək ki, bir müddət əvvəl bu vəzifəyə Ermənistanın Qafqaz İnstitutunun direktor müavini Sergey Minasyan təyin edilmişdi. Ancaq rəsmi Tbilisi onun rusiyayönlü olduğunu və Gürcüstana qarşı çıxışlar etdiyini əsas gətirərək aqreman verməyib.
R.Sadoyan isə Ermənistan Respublikaçılar Partiyasının üzvü, keçmiş deputatdır və 1968-ci ildə Ermənistanda anadan olub.
Son xəbərlər
01:22
Almaniyada 800 illik qəsr 1 avroya satışa çıxarılıb
Digər ölkələr
00:54
Rusiya səfiri: Moskva Yerevanla hərbi-texniki əməkdaşlığı davam etdirməyə hazırdır
Region
00:30
Foto
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Hadisə
00:01
Video
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb
Daxili siyasət
00:00
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Daxili siyasət
23:57
Braziliyada avtomobilin gölə düşməsi nəticəsində on nəfər ölüb
Digər ölkələr
23:47
İranın Qeşm adasında partlayışlar baş verib
Region
23:41
"Euronews" Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib
Xarici siyasət
23:26
Tramp ABŞ-nin İrana hücumlarını yenidən başlamasını az ehtimal edir
Digər ölkələr