Ermənistanda üç böyük mobil operator 241,3 min dollar cərimələnib

Region
  • 18 noyabr, 2026
  • 16:49
Ermənistanda üç böyük mobil operator 241,3 min dollar cərimələnib

Ermənistanda üç böyük mobil operator təxminən 87,5 milyon dram (təqribən 241,3 min dollar) cərimələnib.

"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Rəqabətin Müdafiəsi üzrə Komissiya məlumat yayıb.

Söhbət "Viva Armeniya" QSC, "Ucom" QSC və "Telekom Armeniya" ASC-dən gedir. Operatorlar "Telcell", "EasyPay", "Idram" və "Fast Shift" şirkətləri ilə əməkdaşlıq şərtlərini eyni vaxtda yenidən nəzərdən keçiriblər. Onlar komissiya rüsumlarının məbləğinin azaldılması tələbi ilə oxşar təkliflər göndəriblər.

Yeni tariflərlə bağlı razılığa gəlmək mümkün olmadıqdan sonra, operatorlar birtərəfli qaydada bu şirkətlərlə müqavilələri ləğv ediblər.

Komissiyanın məlumatına görə, məqsəd özlərinə məxsus olan "Mobidram", "UPay" və "TeamPay" ödəniş sistemlərinin təşviqi olub.

44 filmi