Ermənistanda tələbələr dərsləri boykot edərək etiraz aksiyalarına qoşulublar

Region
  • 23 aprel, 2018
  • 07:52
Ermənistanda tələbələr dərsləri boykot edərək etiraz aksiyalarına qoşulublar

Bakı. 23 aprel. REPORT.AZ/ Ermənistanın ali təhsil müəssisələrinin tələbələri aprelin 23-dən tətil elan edərək dərslərə girməyiblər. 

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, onlar müxalifətin keçirdiyi etiraz aksiyalarına qoşulublar.

Tələbələr müəllimləri də etiraz yürüşünə qoşulmağa çağırıblar.

Qeyd edək ki, aprelin 13-dən Yerevanda Serj Sarqsyanın Ermənistanın baş naziri olmasına qarşı etiraz aksiyaları keçirilir. Buna baxmayaraq, aprelin 17-də ölkə parlamentində onun namizədliyi səsverməyə çıxarılıb və deputatların 77-si S.Sarqsyanın lehinə, 17-si isə əleyhinə səs verib.