Ermənistanda koronavirusa yoluxanların və ölənlərin sayı artdı

Region
  • 15 aprel, 2020
  • 07:04
Ermənistanda koronavirusa yoluxanların və ölənlərin sayı artdı

Ermənistanda koronavirusa yoluxanların sayı 1 111-ə çatıb.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliyə Nəzarət və Profilaktikası Mərkəzi yayıb.

Məlumata görə, son sutkada ölkədə virusa 44 yoluxma halı qeydə alınıb. Koronavirusdan daha 1 nəfər ölüb. Beləliklə, pandemiya qurbanlarının sayı 17-yə yüksəlib. 

Bildirilib ki, 297 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 000 000-u ötüb. Bunların 484 781 nəfəri sağalıb, 126 776 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

44 - Tezliklə