Ermənistanda koronavirusa yoluxanların sayı artdı

Region
  • 13 mart, 2020
  • 11:26
Ermənistanda koronavirusa yoluxanların sayı artdı

Ermənistanda daha 2 nəfərdə koronavirus infeksiyası aşkar edilib.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın səhiyyə naziri Arsen Torosyan “Facebook” səhifəsində canlı yayımda bildirib.

Qeyd edək ki, A.Torosyan martın 11-də ailə tədbirində iştirak edən vətəndaşların virusla bağlı yoxlamadan keçdiyini və bu gün müsbət cavab aldıqlarını bildirib. Onun sözlərinə görə, Ermənistanda koronavirusa yoluxanların sayı 4 idi, amma indi 8-dir. Nazir bildirib ki, iki həftə karantində saxlanılan daha 31 nəfərin testinin nəticələri bu gün axşam məlum olacaq. Martın 13-dən isə bütün təhsil müəssisələri bağlanıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 129 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 137 674-ə çatıb. Bunların 70 437 nəfəri sağalıb, 5 080 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

44 - Tezliklə