Ermənistanda koronavirusa yoluxanların sayı 100 minə yaxınlaşır

Region
  • 04 noyabr, 2020
  • 06:51
Ermənistanda koronavirusa yoluxanların sayı 100 minə yaxınlaşır

Ermənistanda daha 2 374 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 97 150-yə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 35 nəfər artaraq 1 448-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 389-ə yüksəlib. İndiyədək 58 811 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 36 502 aktiv koronavirus xəstəsi var.

44 - Tezliklə