Ermənistanda itkin düşmüş hərbçilərin valideynləri müdafiə nazirinin müavinini döyüblər
- 31 avqust, 2023
- 11:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Ermənistanda İkinci Qarabağ müharibəsində itkin düşmüş hərbçilərin valideynləri müdafiə nazirinin müavini Arman Sarkisyanı döyüblər.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Bildirilib ki, valideynlərə may ayının 2-dən etibarən müdafiə naziri Suren Papikyanla görüş vəd edilib: “Lakin görüş hər dəfə müxtəlif bəhanələrlə təxirə salınıb”.
Valideynlərdən biri qeyd edib ki, uzun müzakirələrdən sonra nəhayət onlara nazirlik binasına daxil olmağa imkan yaradılıb: “İçəri girəndən sonra nazirin gəlməyini gözlədik. O da müavini göndərdi. Xeyli danışdı və bizi qəzəbləndirdi. Övladlarımızın harada olduğunu bilmədiyini söylədi. Nazir müavinin danışıq tərzi bizi özümüzdən çıxardı. Əlbəyaxa dava düşdü”.