Araz Bağırov 1 oyunluq cəzalanıb, "Şamaxı" klubu 2500 manat cərimələnib

Futbol
  • 20 oktyabr, 2026
  • 17:15
Araz Bağırov 1 oyunluq cəzalanıb, Şamaxı klubu 2500 manat cərimələnib

Misli Premyer Liqasının VIII turunun oyununda hakimin qərarına etiraz etdiyinə görə qırmızı vərəqə alan "Şamaxı"nın məşqçisi Araz Bağırov 1 oyunluq cəzalanıb, klub isə 2500 manat cərimələnib.

"Report" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Həmçinin həmin matçda 4 futbolçusu sarı vərəqə alan "Şəfa" komandası 700 manat cərimələnib.

"Sumqayıt"la qarşılaşmada ikinci sarı vərəqədən qırmızı vərəqə alan "Araz-Naxçıvan"ın futbolçusu Ağadadaş Salyanski 1 oyunluq cəzalanıb, Naxçıvan təmsilçisi isə 500 manat cəriməyə məruz qalıb.

"İmişli" ilə görüşdə 4 futbolçusu xəbərdarlıq alan "Turan Tovuz" klubu da 700 manat cərimə ödəyəcək.