​Ermənistanda hərbi avtomobil aşıb, ölən və yaralananlar var

Region
  • 18 aprel, 2015
  • 06:15
​Ermənistanda hərbi avtomobil aşıb, ölən və yaralananlar var

Bakı. 18 aprel. REPORT.AZ/ Gecə saatlarında Ermənistanda "Ural" markalı hərbi avtomobilin qəzaya uğraması nəticəsində bir nəfər hərbçi ölüb, 3-ü yaralanıb.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Xəbərə görə, avtomobildə hərbçilər olub. Maşın Spitak rayonunda yoldan çıxaraq yarğana yuvarlanıb.

Ölən hərbçinin adı açıqlanıb. Bu, 20 yaşlı sıravi əsgər Artyom Tovmasyandır.