Ermənistanda hərbçinin intiharında iştirakda şübhəli bilinən hərbçi həbs edilib

Region
  • 27 iyul, 2017
  • 13:51
Ermənistanda hərbçinin intiharında iştirakda şübhəli bilinən hərbçi həbs edilib

Bakı. 27 iyul. REPORT.AZ/ Ermənistanda müddətli hərbi qulluqçu, kiçik çavuş Vardan Melkonyanın intiharında iştirakda şübhəli bilinən hərbçi həbs edilib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

İnformasiyaya əsasən, o, hədə-qorxu ilə intihar həddinə çatdırma, qəddar rəftar, sistemli şəkildə insan ləyaqətinin alçaldılması maddələri ilə ittiham olunur. Məlumata görə, iyulun 22-də Melkonyan gecə saat 12 radələrində hərbçi həmkarı tərəfindən məişət xidməti otağında zorakılığa məruz qalıb.

Xatırladaq ki, iyulun 23-də 1998-ci ildə doğulan Vardan Melkonyanın meyiti hərbi hissələrdən birinin yaxınlığından asılı vəziyyət aşkar edilib. 

44 - Tezliklə