Ermənistanda həbsxana əməkdaşı rüşvətə görə həbs olunub

Region
  • 03 noyabr, 2017
  • 08:43
Ermənistanda həbsxana əməkdaşı rüşvətə görə həbs olunub

Bakı. 3 noyabr. REPORT.AZ/ Ermənistanda “Razdan” islah-əmək müəssisəsinin əməliyyat qrupunun rəhbəri Vaqe Axonyan rüşvətə görə həbs olunub.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, 2015-ci ildə 1500 dollar rüşvətin alınmasında vasitəçilik edib.

V.Axonyana qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə cinayət işi başlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

Onun cinayət işi Yerevanın Arabkir və Kanaker-Zeytun rayonlarının ümumi məhkəməsinə göndərilib.