Ermənistanda hərbi toplanışlarda iştirakdan yayınanları üç ilədək həbs cəzası gözləyir

Region
  • 15 may, 2025
  • 11:21
Ermənistanda hərbi toplanışlarda iştirakdan yayınanları üç ilədək həbs cəzası gözləyir

Ermənistanda ehtiyatda olan hərbçilərin toplanışlarında iştirakdan yayınanlar cinayət məsuliyyətinə cəlb olunacaq.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, müvafiq qanun layihəsi Nazirlər Kabinetinin iclasında təsdiqlənib.

Toplanışlarda iştirakdan yayınanlara əməkhaqqının 20 misli miqdarında cərimə və ya iki aydan üç ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq ediləcək.