Ermənistanda avtobus qəzasında xəsarət alanların sayı 30-a çatıb - YENİLƏNİB

Region
  • 02 noyabr, 2025
  • 20:09
Ermənistanda avtobus qəzasında xəsarət alanların sayı 30-a çatıb - YENİLƏNİB

Ermənistanın şimal-şərqindəki Tavuş vilayətində sərnişin avtobusunun aşması nəticəsində xəsarət alanların sayı 30-a çatıb.

"Report"un yerli mediaya istinadən xəbərinə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Altı yaralının İrəvana aparılacağı bildirilir; yaralılardan birinin vəziyyəti sabit ağırdır və əməliyyat olunub.

Qeyd edək ki, qəza Aqartsin monastır kompleksinin yaxınlığında qeydə alınıb. İrəvan Dillər Universitetinin tələbələrini daşıyan avtobus naməlum səbəbdən yoldan çıxaraq dərəyə aşıb.

Hadisə yerinə fövqəladə yardım xidmətləri göndərilib, hadisənin səbəbləri araşdırılır.

Ermənistanın Tavuş vilayətində avtobus aşıb.

"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, hadisə Aqartsin monastır kompleksinin yaxınlığında qeydə alınıb.

İlkin məlumata görə, qəzada 18 nəfər xəsarət alıb. Səhiyyə Nazirliyi yaralılardan birinin vəziyyətinin ağır olduğunu və əməliyyat edildiyini açıqlayıb.

Hadisə yerinə təcili yardım xidməti cəlb olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti