Ermənistan XİN: KTMT-nin Baş katibi qısa müddətdə dəyişdiriləcək

Region
  • 20 oktyabr, 2018
  • 13:43
Ermənistan XİN: KTMT-nin Baş katibi qısa müddətdə dəyişdiriləcək

Bakı.20 oktyabr. REPORT.AZ/ "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Başkatibi, general-polkovnik Yuriy Xaçaturovun əvəzlənməsi prosesi qısa müddətdəbaşa çatacaq".

"Report"TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirininmüavini Şavarş Koçaryan bildirib.

"Başkatibin dəyişdirilməsi prosesi və yeni rəhbərin təyin olunması iki mərhələdəkeçiriləcək. KTMT Baş katibinin əvəzlənməsinə gəlincə, bu proses qısa müddətdəbaşa çatacaq", - o deyib.

Ş.Koçaryan vurğulayıb ki, ya KTMT Baş katibinin namizədliyini irəli sürən ölkə yeni namizəditəklif edəcək, ya da təşkilata sədrlik əlifba sırası ilə başqa ölkəyə keçəcək.