Ermənistan vətəndaşı qaçaqmalçılıq yolu ilə Gürcüstana qızıl keçirməyə cəhd edib
Region
- 26 iyun, 2023
- 16:37
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ermənistan vətəndaşı qaçaqmalçılıq yolu ilə Gürcüstana qızıl keçirməyə cəhd edib.
“Report”un məlumatına görə, bu barədə “Sputnik Gürcüstan” ölkənin Maliyyə Nazirliyinə istinadən xəbər verir.
“Sadaxlo” sərhəd keçid məntəqəsində və “Sarpi” keçid məntəqəsində bəyan edilməmiş qızılın Gürcüstana gətirilməsi cəhdinin qarşısı alınıb.
Gömrükçülər tərəfindən Ermənistan və Rusiya vətəndaşlarının baqajları yoxlanılarkən, ümumi çəkisi 406,8 qram olan qızıl aşkar edilib. Qaçaqmalçılıq 15,5 min dollar dəyərində qiymətləndirilir.
Qanunu pozan Ermənistan vətəndaşının işinin materialları ölkənin Maliyyə Nazirliyinin İstintaq Xidmətinə göndərilib, Rusiya vətəndaşına isə 2,3 min dollar məbləğində cərimə tətbiq edilib.
Son xəbərlər
20:13
Avropa Komissiyası Ukraynaya 45 milyard avro kredit ayrılmasını təklif edib
Digər ölkələr
20:12
G20 ölkələrinin XİN rəhbərləri Rusiyaya görə birgə foto çəkdirməkdən imtina ediblər
Digər ölkələr
20:12
Brnabiç: Serbiyada prezident seçkiləri dekabrın 27-dək keçirilməlidir
Digər ölkələr
20:02
Suriyada mina partlayışları nəticəsində ölənlər və yaralananlar var
Digər ölkələr
20:01
Maliyyə nazirinə yeni müavin təyin olunub
Maliyyə
19:59
Bakı-Xırdalan marşrutu ilə hərəkət edən qatarda gecikmə qeydə alınıb
İnfrastruktur
19:55
Foto
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Region
19:50
"Yəmən şəfəqi" əməliyyatı çərçivəsində husilərə 1087 zərbə endirilib
Digər ölkələr
19:47
Prezident İlham Əliyev "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
Daxili siyasət