Ermənistan və ABŞ TRIPP layihəsinin həyata keçirilməsini müzakirə edib

Region
  • 09 oktyabr, 2025
  • 09:50
Ermənistan və ABŞ TRIPP layihəsinin həyata keçirilməsini müzakirə edib

ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Elison Huker Ermənistanın ölkədəki səfiri Narek Mkrçyanla avqustun 8-də Vaşinqtonda imzalanmış sənədlərin həyata keçirilməsi prosesini müzakirə edib.

"Report"un yerli KİV-ə istinadən məlumatına görə, bu barədə Ermənistanın ABŞ-dəki səfirliyindən bildirilib.

"Tərəflər avqustun 8-də Vaşinqtonda imzalanmış sənədlərin, xüsusilə, Ermənistan və ABŞ arasında qarşılıqlı anlaşma memorandumlarının və "Tramp marşrutu" layihəsinin (TRIPP, Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçəcək 42 kilometrlik hissəsi) həyata keçirilməsi prosesini müzakirə ediblər", - məlumatda qeyd olunub.

Bildirilib ki, E.Huker ABŞ-nin Cənubi Qafqazda sülh və regional əməkdaşlığın qurulması gündəliyinə sadiq olduğunu təsdiqləyib.

Son xəbərlər

Bütün Xəbər Lenti