Ermənistan TŞ-nin rəhbəri İsveç, Finlandiya və Litvaya səfər edəcək

Region
  • 05 aprel, 2024
  • 06:21
Ermənistan TŞ-nin rəhbəri İsveç, Finlandiya və Litvaya səfər edəcək
Armen Qriqoryan

Ermənistanın Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryan aprelin 7-8-də İsveç, Finlandiya və Litvaya səfər edəcək.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı qərarda deyilir.

Qeyd edilib ki, səfər zamanı Qriqoryan bir sıra işgüzar görüşlər keçirəcək.

44 - Tezliklə