Ermənistan prokurorluğu general Xaçaturovun həbsinə dair kassasiya şikayəti verib

Region
  • 08 yanvar, 2024
  • 08:25
Ermənistan prokurorluğu general Xaçaturovun həbsinə dair kassasiya şikayəti verib

Ermənistan prokurorluğu silahlı qüvvələrin üçüncü ordu korpusunun keçmiş komandiri, general-mayor Qriqori Xaçaturovun yenidən həbsini tələb edir.

"Report" xəbər verir ki, bu barədə "Sputnik-Armenia"ya Baş Prokurorluğun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Arevik Xaçatryan məlumat verib.

Prokurorluq kassasiya şikayəti verərək Korrupsiyaya Qarşı Mübarizə Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsini istəyib.

Qeyd edək ki, 2023-cü il dekabrın əvvəlində məhkəmə Xaçaturovun həbs müddətinin uzadılması qərarından şikayəti qismən təmin edib. Generalın həbsi 20 milyon dram məbləğində girov və inzibati nəzarətlə əvəz edilib.

Xatırladaq ki, Q.Xaçaturovun adı keçmiş müdafiə naziri, parlamentin “Ayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan və daha 11 nəfərlə bağlı aparılan cinayət işində keçir. Bu iş çərçivəsində keçmiş müdafiə nazirinə qarşı xüsusi külli miqdarda mənimsəmə və səhlənkarlıq nəticəsində ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham irəli sürülüb.

44 filmi