Ermənistan prezidenti Təhlükəsizlik Şurasının iclasına qatılmadı
Region
- 01 mart, 2021
- 09:00
Ermənistanın baş naziri Nikol Paşinyanın başçılığı ilə martın 1-də Təhlükəsizlik Şurasının iclası keçirilib.
“Report” xəbər verir ki, məlumatı Ermənistan hökumətinin Mətbuat xidməti yayıb.
İclasda Ermənistanın daxili və xarici təhlükəsizliyinə dair məsələlər, onların həlli yolları müzakirə edilib.
Bildirilib ki, toplantıda Ermənistan prezidenti Armen Sarkisyan və Silahlı Qüvvələrin Baş Qərargahının rəisi Onik Qasparyan iştirak etməyiblər.
Ermənistan prezidentinin Mətbuat xidmətindən bildirilib ki, Armen Sarkisyana dəvət gəlsə də, səhətti ilə bağlı Təhlükəsizlik Şurasının iclasında iştirak etməyib.
Eyni zamanda protokola əsasən, Onik Qasparyan da iclasa dəvət edilsə də, o, mövcud şəraiti nəzərə alaraq tədbirə qatılmayıb.
Son xəbərlər
23:57
ABŞ iqtisadiyyatı şatdauna görə 7-14 milyard dollar itirə bilər
Digər ölkələr23:48
"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasındakı ilk matçında qələbə qazanıb
Komanda23:45
Sumqayıtda 21 yaşlı oğlanın ölümünün təfərrüatları məlum olub - YENİLƏNİB
Hadisə23:27
Qətər ABŞ və Venesuela arasında vasitəçi ola bilər
Digər ölkələr23:15
Video
Qərbi Azərbaycan Xronikası: Qaraçılarla ermənilər niyə bu qədər oxşardır?
Region23:01
Samir Abasov: "Neftçi" Vensan Abubakarın arxasınca qaçmayıb"
Futbol22:51
Rafael Qrossi BMT Baş katibi vəzifəsinə namizəd olduğunu təsdiqləyib
Digər ölkələr22:40
Fransa klubu "Real"ın futbolçusunu icarəyə götürəcək
Futbol22:30