Ermənistan parlamentinin deputatı mandatından imtina edib

Region
  • 03 noyabr, 2023
  • 11:45
Ermənistan parlamentinin deputatı mandatından imtina edib

Ermənistan parlamentində müxalifəti təmsil edən “Hayastan” fraksiyasının üzvü Gerasim Vardanyan deputat mandatından imtina etdiyini bildirib.

“Report” xəbər verir ki, o, bu barədə feysbuk səhifəsində yazıb.

“Mərkəzi Seçki Komissiyasına noyabrın 2-də deputat mandatından imtina etdiyimə dair ərizə verdiyimi bildirmək istərdim”, - Gerasim Vardanyan vurğulayıb.

"Daşnaksütyun" Partiyasının üzvü olan deputat və mənsub olduğu siyasi təşkilatın rəhbərliyinin onun qərarını anlaşma ilə qarşıladığını söyləyib.