​Ermənistan ordusunda intihar edənlərin sayı açıqlanıb

Region
  • 20 yanvar, 2016
  • 12:22
​Ermənistan ordusunda intihar edənlərin sayı açıqlanıb

Bakı. 20 yanvar. REPORT.AZ/ Ötən il ərzində Ermənistan ordusunda intihar hadisəsi qeydə alınıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan "facebook" səhifəsində yazıb.

Onun yazdığına görə, 4 hərbçi bədbəxt hadisə, 3 hərbçi isə xidməti qaydaları pozması nəticəsində ölüb.

Qeyd edək ki, Ermənistanın müstəqil ekspertləri və QHT fəalları bu ölkə ordusunda intihar və ölüm hallarının rəsmi rəqəmlərdən dəfələrlə çox olduğunu açıqlayıb.

44 - Tezliklə