Ermənistanın Müdafiə Nazirliyi: Ordunu siyasi proseslərə cəlb etməyin
                            Region
                            
                        - 27 fevral, 2021
- 18:14
 
                            
                            
                        Ermənistanın Müdafiə Nazirliyi ölkənin Silahlı Qüvvələrini siyasi proseslərə cəlb etməmək tələbi ilə çıxış edib.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
"Biz Silahlı Qüvvələr adından bəyanatlardan çəkinməyi, ordunu siyasi proseslərə cəlb etməməyi və ölkənin təhlükəsizliyini şəxsi maraqlara tabe etməməyi tələb edirik", - nazirliyin saytında yayılmış rəsmi məlumatda deyilir.
Daha əvvəl müxalifət liderlərindən biri Qeqam Manukyan bildirib ki, Ermənistanın Silahlı Qüvvələrinin bütün bölmələri ölkənin baş naziri Nikol Paşinyan və hökumətin istefası haqqında tələbi dəstəkləyir.
"İndi Ermənistanın Silahlı Qüvvələrinin bütün bölmələrinin komandirləri və şəxsi heyəti Silahlı Qüvvələrin Baş Qərargahının bəyanatına qoşuldular", - Manukyan deyib.
Son xəbərlər
23:01
                Rusiya Yaponiyaya genişmiqyaslı hərbi təlimlərlə bağlı etirazını bildirib
Region22:51
                Türkiyə Hərbi Hava Qüvvələri ilk dəfə Estoniyanın səmasını qoruyacaq
Digər ölkələr22:46
                NBA-da çıxış edən basketbolçunun evi qarət edilib
Komanda22:36
                Rusiya ərazisinə giriş qadağası qoyduğu Aİ nümayəndələrinin siyahısını genişləndirib
Region22:26
                Tramp: ABŞ və Kanada ticarət danışıqlarını bərpa etməyəcək
Digər ölkələr22:15
                
                                    Foto                                
                                                    TİKA sədri: Qarşıdakı dövrdə də Azərbaycanın səhiyyə infrastrukturuna töhfə verəcəyik
Xarici siyasət22:05
                Fidan: Rusiya-Ukrayna müharibəsinin həllində müəyyən çətinliklər var
Region21:56
                "Sumqayıt"ın baş məşqçisi: "Basketbolçularımız bu gün qəhrəmanlıq göstərdilər"
Komanda21:50
                
                                    Foto                                
                                                    