Paşinyan: Mərkəzi Asiya ilə əlaqələrimizin dərinləşdirilməsində logistik çətinliklər var

Region
  • 04 noyabr, 2025
  • 12:04
Paşinyan: Mərkəzi Asiya ilə əlaqələrimizin dərinləşdirilməsində logistik çətinliklər var

Ermənistan və Azərbaycan arasında Vaşinqtonda əldə edilən razılaşmalar təkcə ikitərəfli münasibətlər üçün deyil, həm də Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri üçün yeni perspektivlər yaradır.

"Report"un Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Ermənistan Baş naziri Nikol Paşinyan "Orbeli: sülh və çoxtərəfli əməkdaşlığın qurulması" adlı beynəlxalq forumda çıxışı zamanı deyib.

"Bir çoxları iddia edir ki, bu proseslər Aİİ-nin maraqlarına ziddir. Amma fakt odur ki, bu razılaşmalardan əvvəl Avrasiya İttifaqının iki ölkəsi arasında mümkün olmayan şeylər Vaşinqton razılaşmalarından sonra mümkün oldu. Bu, razılaşmaların verdiyi üstünlüklərin əyani nümunəsidir", - o bildirib.

Onun sözlərinə görə, oxşar imkanlar Özbəkistan üçün də yarana bilər.

N.Paşinyan qeyd edib ki, Ermənistan Mərkəzi Asiya ölkələri ilə həm siyasi, həm də iqtisadi əlaqələrin dərinləşdirilməsinə çalışır, lakin bu yolda logistik çətinliklər qalmaqdadır:

"Ermənistan və Azərbaycan arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsi bu problemlərin həllinə kömək edir. Bu, Ermənistan və Mərkəzi Asiya ölkələri arasında iqtisadi əlaqələrin genişlənməsinə aparan yoldur – bu bir faktdır".

N.Paşinyan xatırladıb ki, Ermənistan artıq Marqara - Xndzoresk marşrutu üzrə Türkiyə və Azərbaycan arasında avtomobil daşımaları üçün imkan yaratmağa hazır olduğunu bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti