Ermənistan ADB-dən 45,3 milyon avro kredit cəlb edəcək
- 01 sentyabr, 2025
- 13:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Ermənistan hökuməti səhiyyə sahəsində keyfiyyətin yüksəldilməsi üçün Asiya İnkişaf Bankından (ADB) 45,3 milyon avro məbləğində kredit cəlb edəcək.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, parlamentin Maliyyə-kredit və büdcə məsələləri üzrə komissiyasının iclasında kredit sazişinin ratifikasiyası haqqında qanun layihəsinə müsbət rəy verilib.
Kreditin müddəti 7 illik güzəşt və 11 illik ödəniş dövrü ilə birlikdə 18 il təşkil edəcək, orta faiz dərəcəsi 3,11 % təşkil edir.
Kredit tibbi infrastrukturun modernləşdirilməsinə, teletibb xidmətlərinin inkişafına, müəssisələrin lisenziyalaşdırılmasının təkmilləşdirilməsinə, hesabatların rəqəmsallaşdırılmasına və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə yönəldiləcək.