Ərdoğan: "Türkiyənin qışda enerji problemi olmayacaq"
Region
- 09 oktyabr, 2022
- 16:53
"Türkiyənin qışda enerji problemi olmayacaq".
"Report" TRT-yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda gənclərlə görüşündə deyib.
Türkiyə lideri qeyd edib ki, artıq ölkədə qış mövsümünə hazırlıq görülür.
"Avropada indi hamı çətin vəziyyətdədir. Biz qışa hazırlığı artıq başa vurmuşuq, ona tam hazırıq, enerji daşıyıcıları ilə bağlı problem yaşamayacağıq. Əhalini təbii qaz və kömürlə təmin etməyə hazırıq", - Ərdoğan qeyd edib.
Bundan əvvəl Türkiyənin energetika naziri Fatih Dönməz sentyabrın 30-da bildirib ki, ölkənin bütün qaz anbarları 100% doludur və yerli hakimiyyət orqanları vəziyyətin daha da pisləşəcəyini gözləmir, çünki Ankara əsas tədarükçüsü olan Rusiyadan təbii qaz təchizatında problem yaşamır.
Son xəbərlər
12:56
Foto
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
İnfrastruktur12:55
Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var
Digər ölkələr12:49
Azərbaycanda KOB-lar üçün innovativ maliyyə məhsulları hazırlana bilər
Biznes12:47
Foto
Video
Vilayət Eyvazov polislərə vətəndaşların şikayətlərinin obyektiv və həssaslıqla araşdırılmasını tapşırıb
Daxili siyasət12:46
"SOCAR Trading" Özbəkistan naftasının Qara dəniz limanlarına nəqlinə başlayıb
Energetika12:46
Bəqai: Qalibafın Bakıya səfəri uğurlu keçib
Region12:41
Foto
BŞİH: Bakıda yenilənməsi nəzərdə tutulan 177 eskalatorun sifarişi verilib, istehsal başlayıb
Daxili siyasət12:39
Paşinyan: 2029-cu ildən Aİ ilə viza rejiminin liberallaşdırılmasına ümid edirik
Region12:39