Ərdoğan: "Türkiyənin qətiyyətli fəaliyyəti Avropanı, dünyanı heyrətləndirir"

Region
  • 05 noyabr, 2021
  • 13:23
Ərdoğan: Türkiyənin qətiyyətli fəaliyyəti Avropanı, dünyanı heyrətləndirir
Rəcəb Tayyib Ərdoğan

“2023-ci ilə indidən hazırlaşırıq”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ümraniyə Millət Bağçasının açılışında deyib.

"Biz arxayınlaşmır, qapı-qapı gəzirik. İnkişafımız istiqamətində yolumuzu davam etdiririk. Bu qətiyyətli fəaliyyətimiz Avropanı, dünyanı heyrətləndirir. Bu gedişi görəndə şok oldular. Çünki bizdən bunu gözləmirdilər. Allahın izni ilə 2023-cü ildən böyük zəfərlə çıxacağıq", - deyə dövlət başçısı bildirib.