Ərdoğan Türkiyədə prezident seçkisindən əvvəl Əsədlə görüşə bilər

Region
  • 10 yanvar, 2023
  • 07:13
Ərdoğan Türkiyədə prezident seçkisindən əvvəl Əsədlə görüşə bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkədə keçiriləcək prezident seçkisindən qabaq Suriya dövlət başçısı Bəşər Əsədlə görüşə bilər.

“Report” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Xatırladaq ki, R.T.Ərdoğan daha əvvəl B.Əsədlə görüşəcəyini açıqlamışdı. Türkiyədə prezident seçkisinin bu ilin iyun ayında keçirilməsi nəzərdə tutulur.