Ərdoğan: "Türkiyə və Özbəkistan arasındakı ticarət dövriyyəsini 5 milyard dollara çatdıracağıq"

Region
  • 30 aprel, 2018
  • 14:02
Ərdoğan: Türkiyə və Özbəkistan arasındakı ticarət dövriyyəsini 5 milyard dollara çatdıracağıq
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

Bakı. 30 aprel. REPORT.AZ/ “Biz 33 milyon Özbəkistan, 81 milyon Türkiyə əhalisi əl-ələ verərək ticarət dövriyyəsini 5 milyard dollara çatdıracağıq”.

“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan Ali Məclisindəki çıxışı zamanı bildirib.

Türkiyə prezidenti Özbəkistandakı tarixi mədəni yerlərdən də danışaraq Buxara, Səmərqəndin tarixi-mədəni əhəmiyyətini vurğulayıb: “Yeni tarixi bir oyanışdır. Bu, bir tarixi dirilişdir”. 

44 - Tezliklə