Ərdoğan: “Terrorçuların dəstəklənməsinə göz yuma bilmərik"
- 07 iyul, 2023
- 13:24
Yeniliklərdən dərhal xəbərdar olun!
"Türkiyənin NATO-ya verdiyi töhfəni çox az ölkə verib".
"Report"un xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Müdafiə Universitetinin məzunları ilə görüşündə deyib.
O bildirib ki, bəziləri bunu görə-görə hələ də saxta kampaniya aparır: "Halbuki biz NATO-nun açıq qapı siyasətini dəstəkləyirik. Finlandiyanın üzvlüyünü təsdiqləməklə bunu bir daha göstərdik. Amma terrorçuların dəstəklənməsinə də göz yuma bilmərik".
R.T.Ərdoğan qeyd edib ki, terror və insanlıq anlayışları yanaşı işlənə bilməz: "Biz heç bir beynəlxalq təşkilatın nüfuzuna xələl gətirməmişik. Bizə sığınan heç bir məzlumu tək qoymamışıq. Odur ki, ölkəmiz əleyhinə aparılan kampaniyaları qınayıram. NATO-nun Vilnüsdə keçiriləcək sammitində də bu məsələləri açıq ifadə edəcəyik".