Zaqatalada sel təhlükəsi yaranıb, çaylara texnikalar cəlb olunub
Hadisə
- 03 oktyabr, 2026
- 16:01
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Leysan yağışlar Zaqataladan axan çaylarda suyun səviyyəsini artırıb, əraziyə texnikalar cəlb olunub.
Bu barədə "Report"un Şimal-qərb bürosuna Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 1-i və 2-də rayon ərazisinə yağan güclü yağışlar dağ çaylarında suyun səviyyəsini xeyli artırıb. Nəticədə çaylarda sel təhlükəsi yaranıb.
"Lakin bunun qarşısını almaq məqsədilə dünən axşam saatlarından etibarən ən çox təhlükə yaranan Talaçay, Muxaxçay, Bəkməzçay və Sabunçu çaylarında idarənin ağır texnikaları vasitəsilə məcra tənzimləmə və bənd bərkitmə işləri aparılır. Hazırda bu istiqamətdə işlər davam edir", - məlumatda qeyd olunub.
Son xəbərlər
16:02
Təvəkkül İsgəndərov: İşğal dövründə Azərbaycanda bioloji müxtəlifliyə xeyli zərər dəyib
Ekologiya15:59
AQC: Bakıda torpaq sahələrinin qiyməti ötən ay 17 % artıb
İnfrastruktur15:58
İslam Mustafayev: Metsamor AES Cənubi Qafqazın ən böyük ekoloji risk mənbələrindən biridir
Ekologiya15:58
AFFA-nın texniki direktoru Edmond Klaus Azərbaycanın qərb bölgəsində səfərdə olub
Futbol15:52
Foto
Azərbaycan və Belarus arasında idman sahəsində əməkdaşlıq müzakirə edilib
Fərdi15:48
Avropa Komissiyası Moldovaya 150 milyon avrodan çox vəsait ayırıb
Digər ölkələr15:40
Yaponiyalı bacı-qardaş növbəti dəfə Bakıdakı dünya çempionatında finala yüksəliblər
Fərdi15:40
Amin Məmmədov: Ermənistanın dağ-mədən sənayesi bölgənin ekologiyasına təhdidlər yaradır
Ekologiya15:31