Əraqçi: İsrail müdaxilə etməsəydi, Tehran və Vaşinqton nüvə sazişinə imza atardı
- 07 oktyabr, 2025
- 23:50

İsrail müdaxilə etməsəydi, Tehran və Vaşinqton nüvə sazişinə imza atardı.
"Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi sosial şəbəkədə yazıb.
"Mayın 23-də danışıqların 5-ci raunduna yola düşərək yazmışdım: "Sıfır nüvə silahı = bizim razılaşmamız var. Sıfır zənginləşdirmə = heç bir razılaşmamız yoxdur. Əgər ABŞ Prezidenti (Donald Tramp – red.) həmin danışıqların protokollarına baxsaydı, İranla yeni və tarixi nüvə sazişini qeyd etməyə nə qədər yaxın olduğumuzu görərdi", - nazir qeyd edib.
Əraqçi İranın kütləvi qırğın silahları hazırlamaq barədə İsrail kəşfiyyatının iddialarını yalan hesab edib: "Yalnız anlaşılmaz dağıntılar oldu, Amerikanın minlərlə əsgəri həlak oldu və ABŞ vergi ödəyicilərinin 7 trilyon dollar pulu boşa getdi".
Onun sözlərinə görə, İsrail hazırda İranın müdafiə imkanlarından uydurma təhlükə yaratmağa çalışır. "İndiyə qədər amerikalılar İsrailin sonsuz müharibələrində iştirak etməkdən yorulublar", - Əraqçi vurğulayıb.
İranın xarici işlər naziri problemin yalnız diplomatik həllini gördüyünü bəyan edib.