Əraqçi: ABŞ-nin diplomatiyaya ciddi yanaşıb-yanaşmadığı aydın deyil
- 25 aprel, 2026
- 23:24
ABŞ-nin diplomatiyaya ciddi yanaşıb-yanaşmadığı hələ aydın deyil.
"Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Pakistan səfərindən sonra "X" sosial şəbəkə hesabında yazıb.
Əraqçinin sözlərinə görə, İslamabadda Pakistanın Baş naziri Şahbaz Şəriflə İrana qarşı müharibənin dayandırılması üçün həyata keçirilə bilən çərçivə strukturu barədə məlumat verilib:
"Regiona sülhün qaytarılması istiqamətində xoşməramlı xidmətlərini və qardaşlıq səylərini çox yüksək qiymətləndirdiyimiz Pakistana çox məhsuldar bir səfər etdik".
Very fruitful visit to Pakistan, whose good offices and brotherly efforts to bring back peace to our region we very much value.
— Seyed Abbas Araghchi (@araghchi) April 25, 2026
Shared Iran's position concerning workable framework to permanently end the war on Iran. Have yet to see if the U.S. is truly serious about diplomacy.