Əhməd Davutoğlu: "Türkiyə öz sərhədlərini pozanlara qarşı sərt tədbirlər almağa hazırdır"

Region
  • 16 may, 2015
  • 20:35
Əhməd Davutoğlu: Türkiyə öz sərhədlərini pozanlara qarşı sərt tədbirlər almağa hazırdır

Bakı. 17 May. REPORT.AZ/ Təxminən beş dəqiqə müddətində Türkiyə ərazisində uçuş edən Suriyaya məxsus helikopterin Türk Hərbi Hava Qüvvələrinin F-16 tipli qırıcısı təyyarərələri tərəfindən vurulduğu məlum olub.

"Report" Türkiyənin "Hurriyet" gazetinə istinadən xəbər verir ki, hadisəyə münasibətini bildirən Baş nazir Əhməd Davutoğlu: "Türkiyə öz sərhədlərini pozanlara qarşı sərt tədbirlər almağa hazırdır. Ümidvaram ki, bir daha belə bir cəhd təkrarlanmaz", - deyib.

Faktı təsdiqləyən Türkiyənin müdafiə naziri İsmət Yılmaz isə deyib ki, vurulan hava nəqliyyatının növü həqiqətən də hərbi helikopterdir.

44 filmi