Əfqanıstanın Qarabağ rayonunda yol qəzası olub, 20 nəfər ölüb

Region
  • 19 oktyabr, 2018
  • 14:01
Əfqanıstanın Qarabağ rayonunda yol qəzası olub, 20 nəfər ölüb

Bakı.19 oktyabr. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabul şəhərinin Qarabağ rayonunda yol qəzası nəticəsində azı 20 nəfərölüb.

“Report”“Tolo News”a istinadən xəbər verir ki, məlumatı Qarabağ rayonunun yerli hakimiyyəti bildirib.

Hadisə Qarabağda Kabul-Kapisa avtomobil yolunda qeydə alınıb.

Bundan başqa, Kabul əyalətində baş vermiş digər yol qəzası nəticəsində16 nəfər xəsarət alıb.