​Əfqanıstanda məhkəmənin 4 hakimi qaçırılıb

Region
  • 19 avqust, 2015
  • 08:00
​Əfqanıstanda məhkəmənin 4 hakimi qaçırılıb

Bakı. 19 avqust. REPORT.AZ/ Əfqanıstanda Apelyasiya Məhkəməsinin 4 hakimi silahlılar tərəfindən qaçırılıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu yerli polisin təmsilçisi Amanuddin Aman bildirib.

Hadisə ölkənin paytaxtı Kabul şəhərindən 350 km şimalda, Sari-Pol və Cauzcan əyalətlərini birləşdirən yolda baş verib. Silahlılar hakimlərin olduğu avtomobilə basqın edərək onları qaçırıblar.

A.Aman onları "Taliban" hərəkatının oğurladığını ehtimal edir: "Hakimlərin taleyi və saxlanıldığı yer barədə məlumat yoxdur".