Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri VIII turda heç-heçə ediblər

Fərdi
  • 24 sentyabr, 2026
  • 19:38
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri VIII turda heç-heçə ediblər

Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını keçiriblər.

"Report"un məlumatına görə, kişilərdən ibarət komanda VIII turda Hindistanla heç-heçə edib - 2:2.

Qadınlar Argentinadan olan rəqibləri ilə qarşılaşıblar. Bu görüş də eyni hesabla bitib.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.