Dünya Bankının regional direktoru Ermənistanla birgə layihələri müzakirə edib

Region
  • 15 fevral, 2025
  • 09:23
Dünya Bankının regional direktoru Ermənistanla birgə layihələri müzakirə edib

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyanla görüşüb.

“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Qeyd olunub ki, görüşdə tərəflər kibertəhlükəsizlik, rəqəmsal identifikasiya, bulud texnologiyaları siyasəti və genişzolaqlı internetin inkişafı daxil olmaqla gündəlikdəki bir sıra məsələləri müzakirə ediblər.

Görüşün yekununda Dünya Bankı və Ermənistan arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş növbəti addımlar və birgə proqramlar barədə razılıq əldə olunub.