Dövlət Duması Rusiyanın nüvə sınaqlarını qadağan edən müqavilədən çıxmasını ilk oxunuşda təsdiqləyib

Region
  • 17 oktyabr, 2023
  • 09:53
Dövlət Duması Rusiyanın nüvə sınaqlarını qadağan edən müqavilədən çıxmasını ilk oxunuşda təsdiqləyib

Dövlət Duması Rusiyanın nüvə sınaqlarının qadağan olunması ilə bağlı müqavilədən çıxması haqqında qanun layihəsini birinci oxunuşda təsdiqləyib.

“Report”un xəbərinə görə, müzakirələr zamanı qeyd olunub ki, layihənin qəbulu, yəni müqavilədən çıxmaq Rusiyanın nüvə sınaqları keçirməsinə təsir göstərməyəcək.

Bildirilib ki, müqavilə 2000-ci ildə BMT Baş Assambleyası tərəfindən təsdiq edilib. Onu 178 ölkə ratifikasiya edib, lakin ABŞ hələ etməyib.

“Ona görə də elə bir vəziyyət yaranıb ki, Rusiyanın milli maraqlarına uyğun qərarlar qəbul etmək zərurəti yaranıb”, - Dövlət Dumasında müzakirələr zamanı vurğulanıb.

Nəcməddin Quluzadə