Dennis Sammut: Cənubi Qafqazdakı dəyişikliklər Avropa üçün də yeni dövr açır
- 04 sentyabr, 2026
- 11:39
Yeniliklərdən dərhal xəbərdar olun!
Cənubi Qafqazda baş verən transformasiyalar Avropa üçün yeni dövrün başlanmasından xəbər verir.
"Report" xəbər verir ki, bunu "LINKS Europe" fondunun direktoru Dennis Sammut Bakıda Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi tərəfindən "LINKS Europe" Fondu ilə birgə təşkil olunmuş dəyirmi masada deyib.
"Azərbaycan Qarabağ regionu üzərində nəzarəti özünə qaytarıb və Ermənistanla sülhün əldə olunması getdikcə daha real olur. Bu, Azərbaycan və Ermənistan, bütün Cənubi Qafqaz üçün yeni dövrdür. Bu dəyişikliklər həm də Avropa üçün yeni dövr açır", - o bildirib.
D.Sammut qeyd edib ki, Avropa ilə Azərbaycan arasındakı münasibətlərə həsr olunmuş tədbir böyük əhəmiyyət kəsb edir.
O vurğulayıb ki, bu hadisə Azərbaycan və Avropa arasında yenilənmiş, məqsədyönlü qarşılıqlı münasibətlərin başlanğıcını simvolizə edir: "Biz bu yeni münasibətlərə hazırıq".
D.Sammut, həmçinin qeyd edib ki, Azərbaycana ilk dəfə 1996-cı ildə gəlib. Onun sözlərinə görə, 30 il əvvəl ölkə başqa idi, Qarabağ məsələsi isə uzun illər ərzində təkcə siyasi gündəmdə deyil, həm də xalqın ictimai şüurunda dominantlıq edib.