Danilov: “2020-ci ildən Rusiyanın buradakı agenturasını məhv edirdik”
- 25 fevral, 2023
- 03:06
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Oleksiy Danilov Rusiyanın ölkədəki agenturasını hələ 2020-ci ildə məhv etməyə başladıqlarını bildirib.
“Report” xəbər verir ki, bu barədə Danilov “Azadlıq Radiosu”nun Ukrayna xidmətinin feysbukda yayımlanan efirində bildirib.
“Müharibə Putin Krım yarımadasına soxulduqda başlamışdı. Və, çox təəssüf ki, o zaman o, Ukrayna tərəfindən müqavimət görmədi və davam etdi”, - katib vurğulayıb.
O qeyd edib ki, Rusiyanın genişmiqyaslı hərbi müdaxiləsinin “ilkin işartıları” 2021-ci ilin oktyabrın 30-da ortaya çıxmağa başlayıb.
“2020-ci ildən burada Rusiyanın agenturasını məhv edirdik və media adlanan, lakin əslində təbliğatdan ibarət olan Rusiya mətbuatının rolunu yığışdırırdıq. Biz ölkəni müharibəyə hazırlaşdırırdıq”, - MTMŞ-nin katibi vurğulayıb.