​Dağıstanda antiterror əməliyyatı keçirilir

Region
  • 15 sentyabr, 2015
  • 04:34
​Dağıstanda antiterror əməliyyatı keçirilir

Bakı. 15 sentyabr. REPORT.AZ/ Dağıstanın Qunib rayonunda antiterror əməliyyatı keçirilir. 

"Report" "TASS"a istinadən xəbər verir ki, bu haqda Dağıstandakı Əməliyyat Qərargahı məlumat yayıb.

Xəbərə görə, bu gün yerli vaxtla saat 6.30-da Muxtar Respublikanın Qunib rayonunda antiterror əməliyyat rejimi tətbiq edilib. "Əməliyyat tədbirləri zamanı silahlılar axtarılacaq və zərərsizləşdiriləcək",- deyə qərargahdan bildirilib.