Sabirabad Sənaye Məhəlləsində istehsalın ümumi dəyəri 3 dəfə artıb
- 25 avqust, 2026
- 17:51
Bu lin yanvar-iyun aylarında Sabirabad Sənaye Məhəlləsində 3,3 milyon manatlıq məhsul istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur.
"Report" bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, son 1 ildə Sənaye Məhəlləsində məhsul ixracı isə 74 % artıb.
Hazırda Məhəllədə 8 rezident fəaliyyət göstərir. Onlar ümumilikdə 11,8 milyon manat investisiya yatırıb, 100-dən çox iş yeri yaradıb.
Sabirabad Sənaye Məhəlləsi ölkə Prezidentinin 27 noyabr 2017-ci il tarixli sərəncamı ilə yaradılıb. 20,3 hektar ərazini əhatə edir. Burada məişət məhsullarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı, qida sənayesi və gübrə istehsalı əsas prioritet fəaliyyət istiqamətləridir.