Dağıstanda Xəzər dənizində boğulan 4 nəfərin meyiti tapılıb

Region
  • 18 iyul, 2019
  • 06:41
Dağıstanda Xəzər dənizində boğulan 4 nəfərin meyiti tapılıb
РИА "Новости"

Rusiyalı xilasedicilər Dağıstanın Qarabudaqkənd rayonunda dünən itkin düşən 4 nəfərin meyitini tapıblar.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

İki qadın və iki uşaq üzməyə getdikdən sonra itkin düşüb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumatda, axtarış-xilasetmə işləri nəticəsində meyitlərin Xəzər dənizi akvatoriyasında tapıldığı bildirilib.