Dağıstanda polis arasında atışma olub, 3 nəfər yaralanıb

Region
  • 11 may, 2018
  • 08:25
Dağıstanda polis arasında atışma olub, 3 nəfər yaralanıb
Flickr / Allie Verbovetskaya

Bakı. 11 may. REPORT.AZ/ Dağıstanın İzberbaş şəhərində polis arasında atışma olub. 

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, məlumatı Rusiya İsqtintaq Komitəsi yayıb.

Polis əməkdaşları bir-birinə tabel silahlardan atəş açıblar, nəticədə onların hər ikisi yaralanıb. Eyni zamanda polis əməkdaşlarını ayırmaq istəyən yerli sakin də yaralanıb.

Faktla bağlı araşdırma aparılır.