​Dağıstanda antiterror əməliyyatı nəticəsində 2 nəfər öldürülüb, bir nəfər yaralanıb

Region
  • 10 oktyabr, 2015
  • 07:25
​Dağıstanda antiterror əməliyyatı nəticəsində 2 nəfər öldürülüb, bir nəfər yaralanıb

Bakı. 10 oktyabr. REPORT.AZ/ Dağıstanın Unsuqul rayonunun Gimra kəndində Rusiya xüsusi təyinatlılarının keçirdiyi antiterror əməliyyatı nəticəsində iki silahlı öldürülüb.

"Report" xəbər verir ki, bu haqda "TASS" məlumat yayıb.

Rusiya güc strukturlarının bir əməkdaşı yaralanıb.

Məlumata görə, silahlılardan birinin kənddəki evlərdən birində gizləndiyi ehtimal olunur.