Çavuşoğlu: "ABŞ-ın iki nazirimizə qarşı sanksiya tətbiq etmək cəhdi cavabsız qalmayacaq"

Region
  • 25 avqust, 2018
  • 03:51
Çavuşoğlu: ABŞ-ın iki nazirimizə qarşı sanksiya tətbiq etmək cəhdi cavabsız qalmayacaq

Bakı. 25 avqust. REPORT.AZ/ Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu Ankaranın Vaşinqtonun sanksiyalarına cavab verəcəyini deyib.

“Report” xəbər verir ki, bunu o öz "Twitter" səhifəsində yazıb.

ABŞ Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soylunu "insan haqlarını ciddi pozmaqda" ittiham edərək, onlara qarşı məhdudlaşdırıcı tədbirlər görüb.

"ABŞ-ın iki nazirimizə qarşı sanksiya tətbiq etmək cəhdi cavabsız qalmayacaq", - deyə o bildirib.

44 filmi